Fransız həkimlərdən skandal açıqlama: "Peyvəndi ilk olaraq bu qitədə yoxlayaq"


Fransalı həkimlər televiziyada çıxışları zamanı skandal açıqlamalar verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, iki fransız həkim COVID-19-a qarşı hazırlanan peyvəndlərin ilk olaraq Afrikada sınaqdan keçirilməsini tövsiyə ediblər.
Bu açıqlamalar həm sosial şəbəkələrdə, həm də digər izləyicilər arasında ağır təndiq edilib.
Fil Dişi Sahili millisinin sabiq hücumçusu Didye Droqba sosial şəbəkə vasitəsilə "Bu qəbuledilməzdir,  Afrika test laboratoriyası deyil" deyib.
Kamerun millisinin keçmiş hücumçusu Samuel Eto da fransalı həkimlərin söylədiyi skandal fikirləri tənqid edən tanınmışlar sırasındadır.
O, sosial şəbəkə vasitəsilə belə deyib: "Afrika sizin oyun yeriniz deyil. Siz sadəcə şərəfsizsiniz”.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top