"SMS-lə icazə polisin vətəndaşları əsassız cərimələməsinin qarşısını alacaq"


Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov sabahdan tətbiq ediləcək SMS-lə icazə almaq sisteminin gətirəcəyi yeniliklərdən danışıb. 

Yeniavaz.com xəbər verir ki, İ. Məmmədov Real Tv-yə müsahibəsində bildirib ki, qadağalar çox olanda ondan sui-istifadə halları da artır:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı bu məsələyə tam aydınlıq gətirir ki, qaydaları ikili yozaraq ondan sui-istifadə  olunmasın. Bu baxımdan, SMS-lə icazə almaq sistemi yersiz evdən çıxmağın qarşısını alacaq, polisin sui-istifadə etməsinin, vətəndaşı əsassız olaraq cərimə etməsinin qarşısını alacaq. Həmçinin, vətəndaş tərəfindən də polisə qarşı qərəzli, yersiz şikayətlər olmayacaq. Hər şey SMS icazə mexanizmləri ilə tənzimlənəcək".

DİGƏR XƏBƏRLƏR

Top