Koronavirus hava ilə yoluxur? - ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təcili yardım proqramının direktoru Maykl Rayan, hava yolu ilə koronavirusun yoluxma ehtimalından danışıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Rayan virusun hava ilə ötürülə biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, Sinqapurdakı alimlər infeksiyanın təxminən 6 faizinin virusun asimptomatik daşıyıcılarından qaynaqlandığı qənaətinə gəliblər.  
Rayan bildirib ki, ancaq bu vəziyyətdə hələ də pandemiyanın hərəkətverici qüvvəsinin asqırmaq, öskürmək və ya yoluxmuş səthlər olduğuna inanırıq.
ÜST nümayəndəsi, eyni zamanda, təşkilatın mütəxəssislər qrupunun sağlam insanların qoruyucu maskalardan istifadəsinin effektivliyini qiymətləndirmək üçün bütün əldə olan materialları öyrəndiyini bildirib. 
Bununla yanaşı, "həkimlər və tibb işçiləri üçün cərrahi və xüsusi tibbi maskaların verilməsi prioritet olaraq qalı" - deyə, Rayan əlavə edib.
Qeyd edək ki, ən son məlumatlara görə, dünyada bir milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 50 mindən çox insan həyatını itirib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top