Fransada koronavirusa yoluxanların sayı 65 minə çatıb


Fransada COVID-19 pandemiyasından xəstəxanalarda ölənlərin sayı 6 min 507-yə çatıb.

AZƏRTAC xəbər verir ki, bu haqda səhiyyə baş direktoru Jerom Salomon aprelin 3-də mətbuata açıqlamasında bildirib.

Qeyd edib ki, xəstəxanalarda 27 min 432 xəstə var və onlardan 6 min 662-si reanimasiya şöbələrinə yerləşdiriliblər. Ölkədə COVID-19 virusuna yoluxanların sayı 65 minə çatıb və bir gün ərzində 5 min 233 yoluxma halı qeydə alınıb.

Fransanın Böyük Şərq regionunda epidemiyanın pik dövrünün aprelin 10-dan 25-dək davam edəcəyi ehtimal olunur.

“İmperial College de Londres” tədqiqatçıları isə Fransada 2 milyon və ya əhalinin 3 faizinin COVID-19 virusuna yoluxduğunu bildiriblər. Tədqiqatların nəticəsinə əsasən, İtaliyada əhalinin 9,8 faizi, İspaniyada 15 faizi, Belçikada 3,7 faizi, Almaniyada isə 0.7 faizi COVID-19 virusuna yoluxub.

Son nəticələrə əsasən, dünyada koronavirusa yoluxanların sayı 1 milyon 16 min 530, ölənlərin sayı isə 53 mindir.

DİGƏR XƏBƏRLƏR

Top