ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

Son sutka ərzində ABŞ-da koronavirusdan 1423 nəfər ölüb. Bu, dünyada bir gün ərzində koronavirusdan ən yüksək ölüm statistikasıdır.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin ən son hesabatında qeyd edilib. 

Bildirilib ki, ölənlərin sayı arataraq 7 406 nəfərə yüksəlib. 

Ölkə üzrə yoluxanların ümumi sayı 276995 nəfər olub. Hər gün orta hesabla 31782 nəfərin virusa yoluxduğu qeyd edilib.


***00:03
ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

Bu barədə yerli və federal hakimiyyət oranlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 257 min nəfərdən çoxdur. Birləşmiş Ştatlarda 6,5 min nəfər COVID-19 infeksiyasının qurbanı olub, 9,3 min xəstə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 067 324-ə çatıb. Bunların 226 038 nəfəri sağalıb, 56 729 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.//Report

DİGƏR XƏBƏRLƏR

Top