Fevral ayında İrana 150 min Azərbaycan vətəndaşı səfər edib - RƏSMİ


Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu dövürdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 12,2% artaraq 820,6 min nəfər olub. 
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb. Ötən ilin yanvar-fevral ayı ilə müqayisədə bu ilin yanvar-fevral aylarında İrana gedən Azərbaycan vətəndaşlarının sayı 13,4% artıb. İlin ilk 2 ayında Azərbaycandan İrana 315,11 min insan səfər edib. İrana gedən Azərbaycan vətəndaşlarının 165,24 min nəfəri yanvarda, 149,87 min nəfəri isə fevral ayında səfər edib. 
Bu ilin ilk 2 ayında Azərbaycana gələn İran vətəndaşlarının sayı 26,4 min nəfər olub. Onların 13,11 min nəfəri yanvarda, 13,3 nəfəri isə fevral ayında Azərbaycana gəlib. 
Məlumat üçün bildirək ki, bu ilin fevral ayının 19-da İranda ilk dəfə koronavirusa yoluxma faktı qeydə alınıb və fevral ayının 22-dən etibarən İran-Azərbaycan sərhədində məhdudiyyətlər tətbiq olunub. 
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top