Koronavirusa görə qadınlar və kişilər evdən fərqli günlərdə çıxacaqlar


Peruda yeni növ koronavirus (COVID-19) epidemiyasının qarşısını almaq üçün, qadınlar və kişilərin əsas ehtiyaclarını qarşılamaq üçün müxtəlif günlərdə evdən çıxma qərarı verildi.
Yeniavaz.com xəbər verir ki, Peru Prezidenti Martin Vizcarra, mətbuat konfransında, küçədəki insanların sayını azaltmaq məqsədilə kişilərin bazar ertəsi, çərşənbə və cümə axşamı, qadınların isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri evdən çıxması ilə bağlı plan hazırladıqlarını bildirib.
Bazar günü hər kəs üçün küçələrin məhdudlaşdırıldığını deyən Vizcarra, 12 aprelə qədər davam edəcək plan çərçivəsində xalqın yalnız banklar, aptek və ərzaq təchizatı kimi təməl ehtiyaclarını ödəmək üçün çölə çıxa biləcəyini qeyd edib.
O, bu qərarın dövlət xidmətləri və təməl ehtiyaclarda işləyən insanlara təsir etmədiyini və işlərini davam etdirəcəklərini söyləyib.
COVID-19 səbəbilə 55 nəfərin öldüyü Peruda virusa yoluxanların sayı 1414 nəfərdir. 33 milyon əhalisi olan Peru 16 martda elan edilən karantin müddətinin 12 aprel tarixinə qədər uzadıldığı açıqlandı.

DİGƏR XƏBƏRLƏR

Top