İtaliyada koronavirusdan ölənlər niyə çoxdur? - SƏBƏB


İtaliyada koronavirus pandemiyasından ölənlərin sayının artma səbəbi məlum olub.
Yeniavaz.com
xarici KİV-ə  istinadən xəbər verir ki, İtaliya koronavirus epidemiyasından ən çox insan ölümünün qeydə alındığı ölkə olub. Belə ki, ölkədə bir gündə 727 nəfər həyatını itirərək, ölüm sayı 13 min 155-ə yüksəlib. Bundan başqa yoluxanların sayı 110 min 574, sağalanlar isə 16 min 847-ə çatıb. Statistikaya görə, İtaliyada əhalinin 23% --i  65 yaşdan yuxarıdır. Koronavirus riskinə ən çox məruz qalanlar da məhz bu yaş qruplarından olan insanlardır. Koronavirusa yoluxanların isə 35,9 faizi 70 yaşdan yuxarı, 36,9 faizi 51-70 yaş arası, 25,8 faizi 19-50 yaş arası, 1,4 faizi isə 0-18 yaş arasında olan insanlardır. Ölüm riskinə görə, İtaliyada 30,3 faiz 80-89 yaş, 27,9 faiz 90 yaş, 21,3 faiz 70-79 yaş, 7,8 faiz 60-69 yaş, 2,2 faiz 50-59 yaş aralığında olan insanlar təşkil edir. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top