Koronavirus diaqnozu 2 saata təyin edilə biləcək


Yaponiyanın texnologiya şirkəti "Fujifilm" koronavirusa yoluxmanı 2 saata təyin edə biləcək aparat hazırladığını açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, PCR (polimeraz zəncir reaksiyasından) testindən fərqli olaraq diaqnoz 4-6 saata deyil, 2 saata qoyula biləcək. Həmin aparatın 15 apreldən etibarən satışa çıxarılacağı bildirilir. Şirkət aparata "SARS-CoV-2 RT-qPCR" adı verib.
Qeyd edək ki, PCR (polimeraz zəncir reaksiyasından) testləri, 15 dəqiqəyə əldə olunan nəticələrin daha da dəqiqləşdirilməsi üçün istifadə olunan metoddur ki, bu da 4-6 saat vaxt alırdı. "Fujifilm"in yeni testlərindən sonra 2 saata nəticəni daha dəqiq bilmək olacaq.

DİGƏR XƏBƏRLƏR

Top