Mirşahin: "Ya indi 20 gün evdə olaq, ya da milçək kimi qırılacağıq!" - VİDEO


"Biz istəsək, cəmi 20 gün ərzində virusun belini sındıra bilərik. Evdə qalmaqla. Bir az sonra havalar istiləşəcək. Biz o zaman da evdə olmalıyıq. İndi bunu edə bilməyənlər, etmək istəməyənlər, onda nələrin baş verdiyini anlaya bilirlərmi? Təsəvvür edə bilirlərmi? Əzizlərim, ya indi ən azı 20 gün evdə olaq, ya da milçək kimi qırılacağıq!"

Yeniavaz.com xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mirşahin Ağayev “Mir Şahin vaxtı” verilişində deyib. 

Mirşahin Ağayev insanları evdə qalmağa çağırıb: 

"Vətənpərvərlik vətəndən şeir yazıb, vətənə mahnı oxumaq deyil. Vətən məsələn, bu gün evdə qalmaqdır. Göstərək vətənpərvərliyimizi. Göstərək kiçik dövlətimizi-evimizi necə qoruduğumuzu! Böyük dövlətimiz də elə bu kiçik dövlətlərin cəmidir. Nə qədər ki, fövqəladə vəziyyət rejimi elan olunmayıb, komendant saatı tətbiq edilməyib, evinizdə qalın!

Bu saat küçədəsinizsə, dərhal mənzilinizə qayıdın! Bu müraciət könüllü seçim üçün deyil. Bu dövlətin iradəsidir. Operativ Qərargahın tələbidir. Ali Baş komandanın əmridir. Əgər sən Ali Baş komandanın “evə!” əmrinə belə yanaşırsansa, sabah onun döyüş!” əmrilə döyüşə gedəcəyinə, səngərdə qalacağına kim inanar!? Belə deyilsə, evə get və məni təkzib et!"

DİGƏR XƏBƏRLƏR

Top