Narkotiklər və koronavirus: ABŞ nəhəng əməliyyata başlayır


ABŞ kartellərin koronavirusun yayılması ilə bağlı vəziyyətdən istifadə edə bilməməsi üçün qərb yarımkürəsində narkotiklər əleyhinə genişmiqyaslı əməliyyata başlayır. Bu barədə Prezident Donald Tramp deyib.

"Biz narkotik kartellərinə pandemiyadan amerikalıların həyatını təhdid etmək üçün istifadə etmək imkanı verməməliyik", - Tramp jurnalistlərə bildirib.

Belə ki, bir qədər öncə "Reuters" agentliyi Tramp administrasiyasının Maduro və onun müttəfiqlərinə təzyiq göstərmək məqsədilə Venesuelanın yaxılığında hərbi gəmiləri yerləşdirəcəyinə dair xəbər verib.

Ağ Ev rəhbərinin sözlərinə görə, bunun üçün Birləşmiş Ştatlar müxtəlif nöqtələrə əlavə gəmilər, təyyarələr və helikopterlər göndərəcək.

"Cənubi komandanlıq 22 ölkə ilə əməkdaşlıq edərək narkotik maddələrin aşkar edilməsi, ələ keçirilməsi və tədarükünün qarşısının alınması üzrə əməliyyatları genişləndirəcək", - amerikalı lider bildirib.

Venesuelanın ünvanına təhdidlər

Pentaqon rəhbəri Mark Esper isə deyib ki, əməliyyat narkotik kartelləri ilə yanaşı, Venesuela Prezidenti Nikolas Maduronun hökumətinə qarşı da yönələcək.

Esper bildirib ki, Maduro kökuməti "repressiv hakimiyyətini qorumaq üçün narkotik satışından əldə edilən mənfəətə güvənir". Maduronun ünvanına analoji ittihamları Baş prokuror Uilyam Barr və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen da səsləndiriblər.//sputnik



Read more: https://sputnik.az/world/20200402/423550135/abs-qerb-yarimkuresinde-narkotikler-eleyhine-boyuk-emeliyyata-baslayib.html

DİGƏR XƏBƏRLƏR

Top