Türkiyədə son bir gündə 2 456 koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Yeniavaz.com Türkiyə KİV istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O bununla da Türkiyədə koronavirusa yoluxanların sayının 18 135 nəfərə çatdığını, ölənlərin isə 356-ya yüksəldiyini qeyd edib.
Bundan başqa, son sutkada daha 82 xəstə sağalıb. Beləliklə, ümumilikdə sağalanların sayı 415-ə çatıb.
Bildirilib ki, bu gün 18 757 nəfər testdən keçib. Ümumilikdə testdən keçənlərin sayı isə 125 556 nəfərə yüksəlib.