Koronavirusla bağlı daha bir qorxulu faktın üstü açıldı - 49 gündən sonra...


Bütün dünyada yayılan yeni növ koronavirus barədə yeni fakt ortaya çıxıb.
Yeniavaz.com
"Sözcü"yə istinadla xəbər verir ki, COVID-19-la bağlı Çində aparılan araşdırmanın nəticələri məlum olub. Belə ki, orta yaşlı bir koronavirus xəstəsindən alınan nümunələr incələnərkən mutasiyaya uğramış koronavirus tapılıb. Həmin virusun 49 gün heç bir simptom göstərmdən orqanizmdə qaldığı məlum olub. Verilən məlumatlara görə, 49 gündən sonra həmin koronavirus aktivləşərək təhlükə saçmağa başlayır.
Qeyd edək ki, bu günə qədər mutasiyaya uğrayan yeni növ koronavirusun 37 gün bədəndə gizli qala bildiyi məlum idi. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top