COVID-19 ilə mübarizə günlərində insanlar qidalarına necə diqqət etməlidir?
Yeniavaz.com-un bu və digər suallarını həkim Cahangir Əliyev cavablandırıb.
- Bu günlərdə hansı qidalara üstünlük vermək lazımdır, hansılardan uzaq durmaq lazımdır?
- Bu günlərdə əsasən təzə, təravətli göyərtilərdən daha çox istifadə olunmalıdır. Menyulara salat, ovduğ əlavə olunmalıdır. Bol maye istifadəsi tövsiyə olunandır. Zəncəfil, meyvə-tərəvəz, sarımsaq, soğan yeyilməsi məsləhətlidir.
- Pəhriz saxlayan insanlara məsləhətiniz?
- Pəhrizdə olanlar, təzyiq xəstələri yağlı yeməklərdən uzaq durmalıdır. Çünki yağlı yemək qan dövranını çətinləşdirir, orqanizmin oksigenləşməsi zəifləyir. Bu da immun sistemini zəiflədir. Və infeksiyalara orqanizmin immun cavabı zəiflədiyi üçün, xəstəliklərin ağırlaşması və xronikləşməsi baş verir.
- Yaşlılar və xroniki xəstəlikləri olan insanlara məsləhətiniz...
- Yaşlı və xroniki xəstəlikləri olan insanlar birmənalı şəkildə evdə qalmalıdırlar. Amma yaxşı havalandırılan və gün işığı bol olan məkanlarda. Ümumiyyətlə hər kəs insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmalı və insanlarla aradakı məsafəni qorumalıdır.
Aygün Zayidova