Xırdalan şəhərinə giriş-çıxış məhdudlaşdırıldı - VİDEO


Xüsusi karantin rejiminin tələbləri dahada sərtləşməkdədir. Bu günə kimi Bakı Xırdalan şəhərləri arasında gediş-gəliş sərbəst idisə artıq buna da məhdudiyyətlər qoyuldu.


Yeniavaz.com YPX.AZ-a istinadən xəbər verir ki, bu gün etibarı ilə Xırdalan şəhərinin girişində yoxlama-buraxılma məntəqəsi qurulub və şəhərə giriş çıxış məhdudlaşdırılıb. 

Belə ki, Xırdalan şəhərindən çıxmaq istəyən vətəndaşlar əgər Bakı qeydiyyatı deyilsə onların Bakı şəhərinə girişinə icazə verilmir. Təbii ki, istisnalar da var, əgər vətəndaş Xırdalan qeydiyyatıdırsa Bakıda işləyirsə və iş yerindən arayışı varsa ancaq o halda yoxlama-buraxılma məntəqəsindən buraxılırlar.

Qeyd edək ki, Bakı qeydiyyatında olan vətəndaşların Xırdalan şəhərinə giriş-çıxışında hələ ki, heç bir mədudiyyət yoxdur.
 

DİGƏR XƏBƏRLƏR

Top