Koronavirusun yeni simptomları elan edildi - qızdırmadan daha dəqiq göstərici olub


İybilmə və dadbilmə hissiyatının itirilməsi koronavirusun başlıca simptomlarıdır.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, belə bir nəticəyə London Kral Kollecinin alimləri gəlib.

Alimlərin fikrinə görə, bu simptomlar müşahidə olunan şəxslərin 59%-də koronavirus testi pozitiv çıxıb. Bundan əlavə, koronavirusun təyin edilməsi üçün bu simptomlar qızdırmadan daha dəqiq göstərici olub.

Alimlər iybilmə və dadbilmə hissiyatının itirilməsinin koronavirusa yoluxma ehtimalını 3 dəfə artırdığını bildiriblər və belə əlamətlər müşahidə olunarsa, insanların özlərini 7 gün təcrid etmələrini məsləhət görüblər.

Qeyd edək ki, dünyada 887 min 462 nəfər COVID-19 daşıyıcısıdır. 44 min 272 nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top