Çinli tələbə koronavirusu Uhana qaytardı


Böyük Britaniyada təhsil alan çinli tələbə koronavirusu Uhan şəhərinə geri gətirib.
Yeniavaz.com
xəbər verir ki, tələbə Çjou Dubay və Pekindən keçərək, Nyukasldan Uhan şəhərinə gedib. Pekin aeroportunda tələbədən koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün üçün qan alınıb. Gəncdə heç bir simptom olmasa da analizin nəticələri müsbət çıxıb.
Çjou koronavirus daşıyıcısı kimi Uhan xəstəxanasına yerləşdirilib. 
Qeyd edək ki, Çin hökuməti martın 24-də Uhan şəhərinin koronavirusa qalib gəldiyini elan edib.

DİGƏR XƏBƏRLƏR

Top