Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək


Gürcüstan hökuməti mart, aprel və may ayları üçün vətəndaşlara göstərilən kommunal xidmətlərin müəyyən hissəsinin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib. 

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria məlumat verib.
Məlumata görə, ayda 200 kilovatt elektrik enerjisi və 200 kubmetrədək təbii qaz pulsuz veriləcək. Bu da təqribən 671 min ailəyə təsir edəcək.
Bundan əlavə, işsiz qalan gürcüstanlılar da ünvanlı sosial yardım alacaqlar. 
Qeyd edək ki, vətəndaşların kommunal xərclərini ödəmək üçün dövlət iki milyard lari vəsait ayırıb.

DİGƏR XƏBƏRLƏR

Top