“Koronavirusla bağlı ən böyük yanlış budur” - Çinli alim


"ABŞ və Avropada yol verilən ən böyük yanlış, insanların koronavirusdan qorunmaq üçün maska taxmamasıdır".
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri çinli alim mətbuata açıqlamasında deyib.
Virusun insandan insana damcı yolu ilə keçdiyini bildirən alim, pandemiyadan qorunmaq üçün tibbi maska taxmağın vacib olduğunu vurğulayıb.
C.Qao açıqlamasında, virusdan qorunmaq üçün ikinci addımın sosial izoliyasiya olduğunu əlavə edib: "Virusa yoluxan insanların təcrid olunması ikinci ən önəmli addımdır. Virusa təmas edən hər kəs müəyyən edilməli və onlar karantinaya alınmalıdır. Həmçinin insanların eyni obyektdə toplaşmasının qarşısı mütləq alınmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top