Xalq artistinin qardaşı Rusiyada qəzada öldü, nəşini gətirə bilmirlər

Xalq artisti Canəli Əkbərov iki gün əvvəl Rusiyada qəzada dünyasını dəyişən qardaşı barədə açıqlama verib.

“Qafqazinfo”ya danışan muğam ustadı Fərail Əkbərovun nəşinin Rusiyada olduğunu, güman ki, dəfn mərasiminin orada baş tutacağını bildirib:

“Yayılan məlumatlar doğrudur. Avtomobili özü idarə edib. Arxadan gələn başqa bir avtomobil ona çırpılıb. Çox çətin bir dövrdə dünyasını dəyişdi. Ailəsi, övladları, işi Sankt- Peterburqdadır. Nəşinin Azərbaycana gətirilməsi məsələsi ortada qalıb. Görək nə olur?!”


***13:12
Azərbaycan Xalq artisti Canəli Əkbərova agır itki üz verib.

Qaynarinfo-nun məlumatına görə, sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu facəli şəkildə həlak olub.

Belə ki, Fərail Əkbərov martın 30-da Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil qəzasında həyatını itirib.

Mərhumun nəşini karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirə bilmirlər.

DİGƏR XƏBƏRLƏR

Top