Koronavirus epidemiyası ilə bağlı Niderlanddan yaxşı xəbər var.
Yeniavaz.com xəbər verir ki, Niderlandda 101 yaşlı koronavirus xəstəsi sağaldı və müalicədən sonra evə buraxıldı.
Adı açıqlanmayan qadın, Rotterdam yaxınlığındakı bir xəstəxanaya nəfəs darlığı şikayətiylə müraciət etmişdi. Qadının şikayətlərindən sonra koronavirus testi müsbət çıxmışdı.
Karantində olan və müalicəsi uğurla başa çatan qadın, xəstəxanadan çıxdıqdan sonra bir müddət qocalar evində qalacaq.