Türkiyədə yüzdən çox millət vəkilini müayinə edən həkim koronavirusa yoluxdu


Türkiyə Böyük Millət Məclisinin(TBMM) yüzdən çox millət vəkilini və xeyli sayda əməkdaşını müayinə edən həkimə COVID-19 diaqnozu qoyulub.
Yeniavaz.com “euronews”ə istinadla xəbər veir ki, adı açıqlanmayan həkimin millət vəkillərini ümrə ziyarətindən gəldikdən sonra müayinə etdiyi bildirilib.
TBMM-dən verilən açıqlamada sözügedən həkimlə son 14 gün ərzində ünsiyyətə olan hər kəsin Səhiyyə Nazirliyinin təlimatları əsasında karatinə cəlb olunacağı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top