"Kurtlar Vadisi Pusu"nun aktyoru koronavirusdan öldü - FOTO


"Kurtlar Vadisi Pusu" serialının aktyoru yeni növ koronavirus səbəbilə dünyasını dəyişib.
Yeniavaz.com "Milliyət"qəzetinə istinadla xəbər verir ki, Türkiyədə bir çox serialda oynamış, xüsusilə "Kurtlar Vadisi Pusu" serialı ilə tanınan Turhan Kaya koronavirus səbəbilə dünyasını dəyişib.
Verilən məlumatlara görə o, 10 gün əvvəl güclü öskürək səbəbilə xəstəxanaya yerləşdirilib.
Bir müddət sonra reanimasiyaya yerləşdirilən aktyor dünyasını dəyişib.
Turhan Kayanın oğlu Teo atasının COVİD-19 səbəbilə vəfat etdiyini təsdiqləyib. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top