Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı - ÖLƏN ŞƏXS SABİQ KLUB PREZİDENTİDİR


Fransanın "Olimpik" klubunun sabiq prezidenti Pape Diouf koronavirusdan dünyasını dəyişib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, 68 yaşlı P. Dioufun Seneqalın paytaxtı Dakarda süni nəfəs aparatına qoşularaq müalicəsi aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Pape Diouf 2005-2009-cu illərdə Marsel təmsilçisinə rəhbərlik edib.
Xatırladaq ki, Seneqaldakı son məlumatlara görə, bu günə qədər 175 nəfər koronavirusa yoluxub. Onlardan 40-ı sağalıb, 1-i isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top