İranda koronavirusla mübarizə tədbirləri çərçivəsində bələdiyyə əməkdaşları ölümü xatırlatmaq üçün qəribə paltarlar geyinərək küçələrdə gəziblər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə Xuzistan əyalətinin Xürrəmşəhr şəhərində baş verib.
Şəhərin bələdiyyə sədri Davud Darabi koronavirus səbəbilə belə bir addım atdıqlarını bildirib və Hürrəmşəhrdə nisbətən yoluxma hallarının çox olduğunu qeyd edib.
O, sözügedən bələdiyyə əməkdaşlarının, əhalinin sıx toplaşdığı yerlərdə gəzərək almalı olduqları qabaqlayıcı təbirləri xatırlatdıqlarını deyib.
Həmin görüntüləri təqdim edirik:
Şahmərdan Əhmədli