Azərbaycan neftinin qiyməti maya dəyərinə yaxınlaşır - SON QİYMƏT


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri hazırda 1 barelə görə 22,7 dollar təşkil edir.
Yeniavaz.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 20,5 dollar olub.
Məlumat üçün bildirək ki, dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 19,2 dollara düşüb.
Onu da bildirək ki, Azərbaycan neftinin qiyməti sonuncu dəfə 19 il əvvəl - 2001-ci ilin dekabr ayında bu səviyyəyə düşüb. 2001-ci ilin dekabr ayında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 19,15 dollar olub. "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Qeyd edək ki, Azərbaycanda hasil olunan xam neftin maya dəyəri ilə bağlı sonuncu məlumat 2018-ci ilə aiddir. 2 il əvvəl SOCAR-ın açıqladığı hesabatda qeyd olunur ki, şirkətin balansında olan yataqlarda 1 ton neftin maya dəyəri 117 manat 92 qəpikdir. Bu isə o deməkdir ki, 2 il əvvəl SOCAR-ın hasil etdiyi 1 barel neftin maya dəyəri təxminən 16 dollar təşkil edib.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top