Bankların və poçtların qarşısına toplaşanlara DİN əməkdaşları müdaxilə edəcək? – AÇIQLAMA


Koronavirusa görə ölkədə xüsusi rejimin tətbiq olunması ilə hər nə qədər insanları bir yerdə cəm şəkildə görməsək də, təəssüf ki, bu hal bankların, bankomatların və poçtların qarşısında müşahidə edilmir. Əməkhaqqı, pensiya və ya valyuta üçün banklara və bankomatlara üz tutanlar, eləcə də bir çox xidmət sahəsinin sifariş sistemi ilə işləməsinə görə poçt məntəqələrinə gedənlər sözügedən yerlərdə toplu şəkildə dayanırlar. Bu hal virusun yayılması ehtimalını daha da artırır.
Bəs görəsən Daxili İşlər Nazirliyinin əməkdaşları belə məqsədlərlə bir yerə cəmlənmiş şəxslərə müdaxilə edəcək?
Məsələ ilə bağlı nazirliyin mətbuat katibi Ehsan Zahidov Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, DİN əməkdaşları bu vətəndaşlara müdaxilə etməyəcək: “Bunun üçün nazirlik əməkdaşları tərəfindən dayanmadan maarifləndirmə və izahat işləri aparılır. Vətəndaşlarımız da bunu anlayışla qarşılayırlar. DİN əməkdaşları belə hallara müdaxilə etmir. Bunu insan özü başa düşməlidir. Polis sadəcə maarifləndirmə işi aparır bu istiqamətdə”.

DİGƏR XƏBƏRLƏR

Top