İranda yeni doğulan körpədə COVID-19 aşkarlandı


İranın Məşhəd şəhərində yeni doğulmuş körpədə koronavirus (COVID-19) aşkarlanıb.

Yeniavaz.com xəbər verir ki, Məşhəd Sağlamlıq Elmləri Universitetinin Professoru Əhməd Şah Fərhad, körpəni COVID-19 daşımaqda şübhəli bilinən ananın dünyaya gətirdiyini və körpədə də test nəticəsinin müsbət olduğunu bildirib.
İmam Rza Xəstəxanasında müalicə alan körpənin 900 qram olaraq doğulduğunu söyləyən Fərhad bildirib ki, körpə doğulandan ilk 24 saatda nəfəs almaqda çətinlik çəkib və tənəffüs aparatı olmadan nəfəs ala bilir.
Xatırladaq ki, Çindən dünyaya yayılan COVID-19 ilk dəfə 19 fevralda İranın Qum şəhərində görülüb və daha sonra bütün ölkəyə yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top