Atlas kometi Yerə yaxınlaşır


AMEA-nın verdiyi məlumata görə, bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometi Yerə yaxınlaşır.
Yeniavaz.com xəbər verir ki, parlaqlığına görə Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub. Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır.
Hazırda kometi ulduzların 8-ci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlər görünməyən) parlaqlığına aid edirlər. İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə may ayında yaxınlaşması gözlənilən kometin parlaqlığı 31 may 2020-ci il tarixində mənfi 11.7 (-11.7) olacaq. Bu təqribən Ayın parlaqlığına bərabərdir ki, beləcə Atlası gündüz adi gözlə görmək mümkün olacaq.
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top