Vərəm əleyhinə peyvəndin koronavirusa qarşı ölümcül təsiri öyrənilib


ABŞ epidemioloqları vərəm əleyhinə peyvəndlə koronavirus xəstəliyinin azalması arasında əlaqə tapıblar. 
Yeniavaz.com xəbər verir ki, tədqiqatın nəticələri “medRxiv” portalında dərc olunub.
Bildirilir ki, KJB peyvəndinin tətbiq edilmədiyi ölkələrdə, COVID-19-a daha çox insan yoluxub.
Tədqiqatçılar sözügedən peyvəndin kütləvi şəkildə istifadə edilmədiyi və ya son zamanlarda istifadəyə başlandığı ABŞ, İran, İtaliya, Belçika, Hollandiya və digər Avropa ölkələrində məlumatları təhlil ediblər.
Bu ölkələrdə koronavirusun yayılması dünya səviyyəsində qeydə alınan ölkələrdən dörd dəfə yüksək olub. Eyni zamanda ölüm nisbəti də digər ölkələrə nisbətən yüksək olub. 
Tədqiqatçıların sözlərinə görə, əhalinin vərəm əleyhinə peyvənd edildiyi ölkələrdə koronavirus epidemiyasından ölüm nisbəti aşağıdır.
Belə ki, mütəxəssislər Braziliyadakı  vəziyyəti buna misal çəkiblər. Beləliklə də alimlər vərəmə qarşı peyvəndin koronavirusla mübarizədə əsas vasitələrdən biri ola biləcəyi qənaətinə gəliblər.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 766,3 minə çatıb, 36,8 min nəfəri dünyasını dəyişib, 160 mindən çox insanda isə sağalma müşahidə olunub. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top