Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, xüsusi karantin rejimi çərçivəsində polis Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparır:
"Paytax sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydlarına əməl etsilər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar".