Dünyada koronavirusun yayılmasına səbəb olan ilk şəxsin bu qadın olduğu iddia edilir - FOTO


Dekabr ayından etibaran dünyaya yayılmağa başlayan yeni növ koronavirusla bağlı yeni iddia ortaya atılıb. 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, COVID-19-un ilk dəfə Çindəki bazarlardan birində dəniz canlıları satan 57 yaşlı qadından yayılmağa başladığı bildirilib. "Wall Street Journal"da yer alan xəbərə görə, Vei Cuxian adlı həmin qadın koronavirusun ilk ortaya çıxdığı insanlar arasında idi. O, 11 dekabr 2019-cu ildə xəstəxanada müalicə edildikdən sonra evə buraxılır. Tam sağalmamasına baxmayaraq yenidən bazarda satıcılığa davam edib. Beləcə təhlükəli virusun kütləvi şəkildə yayılmasına səbəb olub. Çində yayımlanan mətbuat orqanlarına müsahibə verən həmin qadın xəstəliyin halsızlıqla gəldiyini bildirib:
"Özümü halsız hiss edirdim, ancaq bu digər yoruğunluqlara bənzəmirdi. Ümumilikdə hər qışda qripə yoluxurdum. Bunu da elə sadə qrip zənn etmişdim. Həkimə müraciət etdim, heç nə anlaya bilmədi. Mənə bəzi dərmanlar verib yola saldı. Sonra vəziyyətim daha da ağırlaşmağa başladı və Uhanda yerləşən ən böyük xəstəxanaya getdim. Həkim mənə çox qorxulu bir xəstəliyə yoluxduğumu dedi. Daha sonra işlədiyim bazarda bir çox satıcının nə mənim daşıdığım xəstəliyə yoluxmağa başladıqlarını öyrəndim". 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top