Yeni növ koronavirus ABŞ-da yayılmağa davam edir.
Yeniavaz.com "Sözcü" qəzetinə istinadla xəbər verir ki, COVID-19-un yeni mərkəzi ABŞ-ın Nyu-York şəhəridir. Verilən son məlumatlara Nyu-York-da son 6 saatda 124 nəfər dünyasını dəyişdi. Bu isə hər 2,9 dəqiqədə bir nəfərin vəfat etdiyi deməkdir.
Qeyd edək ki, bu günə qədər Nyu-York-da 914 nəfər dünyasını dəyişib və bu rəqəm sürətlə artmağa davam edir. Xatırladaq ki, yeni növ koronavirus səbəbilə dünyada 37 min nəfər dünyasını dəyişib, 787 mindən çox insan isə həmin xəstəliyə yoluxub.
Ruslan Yusibov