ABŞ-da koronavirusa yoluxanların sayı 150 mini ötdü


ABŞ-da koronavirusdan ölənlərin sayı 2,8 min nəfərə çatıb.

Bu barədə federal və yerli qurumların statistikasının hesablamalarını aparan Cons Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, ölkədə 153 mindən çox virusa yoluxma təsdiq edilib. Birləşmiş Ştatlarda 2 828 nəfər COVID-19-un qurbanı olub.

ABŞ koronavirus xəstəliklərinin sayı üzrə dünyada birinci yerdədir. Siyahıda ikinci yerdə İtaliya qərarlaşıb. Bu ölkədə virusa yoluxma ilə bağlı 100 mindən çox diaqnoz təsdiqlənib.

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Dünyada koronavirus qurbanlarının sayı 33 106 nəfərə, virusa yoluxanların sayı 693 224 min nəfərə çatıb.//Report

DİGƏR XƏBƏRLƏR

Top