Türkiyədə koronavirusdan ölənlərin sayı yenə artdı


Türkiyədə yeni növ koronavirus səbəbilə ölənlərin və yoluxanların sayı artıb.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, Türkiyədə bu gün COVİD-19 səbəbilə 37 nəfər dünyasını dəyişib. Beləliklə ümumi ölənlərin sayı 168-ə çatıb. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Kocanın verdiyi açıqlamaya görə, bu gün etibarilə 10 min 827 nəfər isə həmin virusa yoluxub. 162 nəfərin isə koronavirusdan sağaldığı bildirilib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top