Mingəçevirdə koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir


Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və səmərəliliyinin daha da artırılması məqsədi ilə  Mingəçevir şəhərində  geniş maarifləndirmə tədbirləri həyata keçirilir.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir  İcra Hakimiyyətinin başçısı yanında qurulan Operativ Qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq qərargahın üzvüləri və sədri İlham İsmayılov əhali arasında maarifləndirmə tədbirləri görüblər. Əhaliyə spirt və qoruyucu maskalardan istifadə etmək, 65 yaşdan yuxarı olan vətəndaşlara küçəyə çıxmamağı  eyni zamanda 10-dan çox vətəndaşın bir arada olmasının yolverilməz olduğunu, Operativ Qərargahın tələb və tövsiyyələrini sakinlərin diqqətinə çatdırıblar.
Qeyd edək ki, ölkədə karantin rejiminin gücləndirməsi nəticəsində Mingəçevirdə də bulvar istirahət mərkəzi, parklar və digər əyləncə mərkəzləri xüsusi lentlə qapanmaqla vətəndaşların daxil olması qadağan elan edilib.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top