Çinli ata övladını koronavirusdan qorumaq üçün görün nə etdi - VİDEO


Çinin Şanxay şəhərində Cao Canji adlı bir nəfər, övladını koronavirusdan qorumaq üçün qoruyucu küvəz icad edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən ata bu küvəzi "Death Stranding" adlı kompüter oyunundan ilham alaraq hazırladığını bildirib.
Nəfəs almağa çətinlik yaradan tibbi maskanı övladına taxmadığını bildirən ata, onun əvəzinə belə bir cihaz düzəltdiyin bildirib:
"Övladıma maska taxmadığım üçün belə bir cihaz düzəltdim. İndi mən körpəm ilə birlikdə çöldə rahat gəzə bilirəm. Bu yaxınlarda isə cihazımın patentini almağı düşünürəm".
Qeyd edək ki, buna bənzər bir cihaz 1939-cu il 13 mart tarixində Londonda ictimaiyətə təqdim olunub. Həmin cihaz uşaq başlığı adlanıb və 2 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulub.

Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top