İspaniyada 12 mindən çox tibb işçisi koronavirusa yoluxdu


İspaniyada koronavirus səbəbiylə ölənlərin sayı son 24 saatda 812 artaraq 7 min 340-a çatdı.
Yeniavaz.com xəbər verir ki,İspaniya Səhiyyə Nazirliyi, 12 min 298 səhiyyə işçisinin koronavirus testinin müsbət olduğunu açıqladı.
Ölkədə ümumi hal sayı 4 saatda 6 min 398 artaraq 85 min 195-ə çatdı. 
Bu rəqəmlə İspaniya, epidemiyaya yoluxanların sayında Çini (82 min 463) üstələdi və ABŞ (143 min 72) və İtaliyadan (97 min 689) sonra ən çox hadisənin aşkarlandığı üçüncü ölkə oldu.

DİGƏR XƏBƏRLƏR

Top