Tayson illər sonra etiraf etdi: "Həyətdə saxladığım pələng qadının qolunu parçaladı" - VİDEO


Dünyanın ən məşhur boksçularından sayılan Mayk Tayson evində saxladığı pələngin qadına hücumundan danışıb.

Yeniavaz.com "Sözcü" qəzetinə istinadla xəbər verir ki, Mayk Tayson evində saxladığı pələngin qonşusuna hücum etdiyi xəbərinin yalan olduğunu deyib. O bildirib ki, həmin şəxs qonşusu olmayıb: "Evimin həyətinə bir qadın icazəsiz olaraq daxil olub evdə saxladığım pələnglə oynamağa başlayıb. Pələng isə qadını tanımayaraq ona hücum edib, qolunu parçaladı. Əvvəl məni məhkəməyə vermək istədilər ancaq, evimə icazəsiz daxil olduqları üçün bunu etmədilər. Mən isə qadının qolunu gördüyümdə könüllü olaraq  250 min dollar pul vermək qərarına gəldim". Müsahibənin davamında Tayson bildirib ki, artıq 16 ildir evində pələng saxlayır, çəkisi təxminən 250 kiloqramdır. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top