Cənubi Koreya ölkəyə girənlər üçün "2 həftəlik məcburi karantin" tətbiq edəcək


Cənubi Koreya hökuməti yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün çərşənbə günündən etibarən "2 həftəlik məcburi karantin tətbiq etmək" qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, tədbir çərçivəsində ölkəyə daxil olanlar, millətindən asılı olmayaraq, iki həftəlik məcburi karantinə məruz qalacaqlar. Ölkədə yaşamayan və ya karantin üçün ünvan göstərməyənlər hökumətin müəyyən etdiyi mərkəzlərdə öz hesablarına qalacaqlar. 
Cənubi Koreya Avropa ölkələrindən gələn sərnişinlərə xəstəlik əlamətləri göstərməməsindən asılı olmayaraq artıq 2 həftəlik məcburi karantin tətbiq edirdi.
ABŞ-dan gələn sərnişinlərdən isə 2 həftə evlərində özlərini karantinaya almaları məsləhət görülürdü.
Səhiyyə naziri Kim Ganglip, karantin tədbirlərinə əməl etməyən Cənubi Koreya vətəndaşlarının məhkəməyə veriləcəyini və xarici ölkə vətəndaşlarının dərhal deportasiya ediləcəyini söylədi.
Kim, həmçinin 14 gün ərzində 2 min xarici qonaq qəbul edə biləcək karantin mərkəzlərinin hazırlandığı barədə məlumat paylaşdı.
Koreya Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (KCDC) verdiyi açıqlamaya görə, son 24 saatda ölkədə görülən 78 yeni hadisədən 29-u xaricdən olub və virusa yoluxub.
Ölkədə virusa yoluxanların sayı 9,661-ə yüksəlsə də, 158 nəfər öldü. Xəstəliyə yoluxmuş 5 min 228 nəfər isə sağaldı.

DİGƏR XƏBƏRLƏR

Top