Dövlət qurumları Rusiya sərhəddində karantinə götürülənlərlə bağlı açıqlama vermir


Rusiya sərhəddində bu ölkədən gələn vətəndaşlarımızın koronavirusa görə karantinə götürülmələri barədə xəbər vermişdik. Sözügedən düşərgədən sakinlərin redaksiyamıza göndərdiyi antisanitariya, soyuq hava şəraiti və qidalanmanın kifayətsizliyi ilə bağlı görüntüləri də sizlərə təqdim etmişdik. Hətta həmin kadrlarda karantinə götürülənlərdən bəzilərinin rəhmətə getmiş yaxın qohumlarının meyitlərinin bu düşərgədə “yerdə qaldığı” əks olunmuşdu. Ötən gün isə Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar naziri general-polkovnik Kamaləddin Heydərov vətəndaşlarla görüşmək məqsədilə həmin ərazidə olublar.
Sözügedən düşərgədə məskunlaşan vətəndaşların hazırkı vəziyyətini öyrənmək üçün əvvəlcə FHN, daha sonra isə TƏBİB-in mətbuat katibləri ilə əlaqə saxladıq. Hər ikisi Yeniavaz.com-a verdikləri açıqlamada bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargahdan ala biləcəyimizi bildirdilər. Məsələ ilə bağlı sözügedən qurumun mətbuat katibi İbrahim Məmmədov ilə əlaqə saxladıq. O, bu barədə məlumat aldıqdan sonra açıqlama verəcəyini bildirsə də, daha sonra etdiyimiz bütün zənglər cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top