"Karantin dövründə tənha yaşayan əlilliyi olan şəxslərə sosial xidmət işçiləri xidmət edirlər".
Bunu Yeniavaz.com-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib. O bildirib ki, koronavirusa görə karantin elan edildiyi vaxtdan bu yana sosial xidmət işçiləri yaşayış məntəqələrinə baş çəkir, günlük ehtiyaclarınının qarşılanmasında kömək edirlər:
“Sosial Xidmətlər Haqqında qanun”un tələblərinə uyğun olaraq işçiləri xüsusi qoruyucu vasitələr,respiratorlarla təmin olunub. Həmin işçiləri fiziki məhdudiyyətli şəxslərin zəruri ehtiyaclarını, ərzaq məhsullarına olan tələbatını qarşılayır, apteklərlərdən dərman preparatlarının alınmasında köməklik edir, kommunal borcların ödənilməsinə köməklik göstərilir. Əlavə olaraq əlilliyi olan şəxslərin ev işləri,təmizlik işləri də Sosial Xidmət işçiləri tərəfindən həyata keçirilir”.
Nazirlik rəsmisi fiziki məhdudiyyətli şəxslərin karantin rejimi müddətində evlərində reabilitasiya vasitələri ilə təmin olunacağını da qeyd edib:
”Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək. Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri (əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s.) ilə təmin edilmək üçün 077 489 90 00, 077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.
Müraciətlər əsasında reabilitasiya vasitələri 5 gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq”.
İlhamə Kələyeva