Seperatçıların seçki şousunu heç kim izləməyəcək


Ermənistanının 2 aparıcı media qurumu – “Hetq” və “NEWS.am” xəbər portalları sabah işğal altında olan Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri izləmək üçün oraya müxbir göndərməkdən imtina ediblər.
Yeniavaz.com xəbər verir ki, hər iki xəbər portalından açıqlanan məlumatda imtinaya səbəb kimi ölkədə koronavirusun yayılması göstərilir.
Məlumat üçün bildirək ki, sabah işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrdə seperatçılar tərəfindən parlament və prezident "seçkiləri" keçiriləcək. 14 namizədin iştirak etdiyi qondarma seçkiləri beynəlxalq təşkilatlardan heç kimin müşahidə etməyəcəyi gözlənilir.  
Qeyd edək ki, bir neçə gün əvvəl koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərlə əlaqədar olaraq Ermənistan öz vətəndaşlarının işğal altında saxladıqları Dağlıq Qarabağa səfər etmələrini qadağan edib.
Onu da bildirək ki, namizədlərdən biri – Vitali Balasanyan koronavirusa görə “seçkinin” təxirə salınmasını və bölgədə fövqəladə vəziyyət elan olunmasını təklif edib. Lakin, görünən odur ki, seperatçı rejim rəhbərliyi bölgədə yaşayan əhalinin həyatını riskə atmaq bahasına olsa belə “seçkini” təxirə salmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top