Nigarla Eldar eyvanda konsert verir - VİDEO


Azərbaycan Televiziyasında (AzTV) koronavirus (COVİD- 19) səbəbi ilə sosial izolyasiyada qalan vətəndaşlar üçün maraqlı layihə təşkil edilib. 

“Eyvana çıx” adlı yeni proqram Azərbaycanın xüsusi karantin rejimində olduğu müddətdə canlı yayımlanacaq. 

Məşhur müğənnilər yaşadıqları mənzilin eyvanlarına çıxaraq konsert proqramı ilə çıxış edəcəklər. Verilişin ilk qonağı “Eurovision – 2011” qalibləri Eldar Qasımov və Nigar Camaldır. 

Qeyd edək ki, layihəni həftənin 1; 3 və 5-ci günlər, saat 14:30-da izləmək mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top