Gəncəyə yalnız bu şəxslərin giriş-çıxışına icazə verilir - FOTOLAR


Gəncədə şəhərə giriş-çıxış postlarında xidmət davam etdirilir.
DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb. Bununla bağlı olaraq Gəncə şəhərinə digər şəhər və rayonlardan gələn vətəndaşlara məhdudiyyətlər yaranıb. Belə ki, xüsusi karantin rejimi dövründə qurulan polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydasına əsasən operativ nəqliyyat vasitələri, "Azərpoçt" MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyatı sərnişinləri, yükdaşıyan avtomobillərin sürücüləri və aidiyyatı sərnişinləri, təcili tibbi zərurətlə əlaqədar şəhərə gələn şəxslər və onlar ilə gələn ailə üzvləri (2 nəfərdən çox olmamaqla), Gəncədə yaşayan yaxın qohumu ölmüş şəxslər və qaydada göstərilən digər tələblərə cavab verən şəxslər istisna olmaqla vətəndaşların Gəncə şəhərinə girişi məhdudlaşdırılıb. Onlara xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilərək, zəruriyyət olmadan evdən çıxmamaq tövsiyyə olunub. Şəhər ərazisini tərk etmək istəyən şəhər sakinlərinə də qeyd edilən istisnalar olmadıqda şəhərdən çıxışa icazə verilmir. Qeyd edək ki, məhdudlaşdırılma tətbiq edilən gündən indiyə qədər ümumilikdə 2000-dən çox vətəndaşın şəhərə giriş-çıxışına icazə verilməyib.
Əlavə olaraq bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminin tələbləri ilə bağlı gücləndirilmiş iş rejimində çalışaraq,  iaşə obyektlərinin müştərilərə yerində xidmət göstərməməsi, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmaması və digər zəruri tələblərin icrasına bundan sonra da nəzarət edəcəkdir.

DİGƏR XƏBƏRLƏR

Top