Yevlaxda yulğun kolları yanıb


Yevlaxda qamışlıqdan başlanan yanğın yulğun kollarına düşüb. 
Yeniavaz.com xəbər verir ki, hadisə Yevlaxın Aran qəsəbəsində qeydə alınıb. Alovlanan qamışlıqda yanğın tez bir zamanda ətrafa yayılıb. Yanğın hadisəsi nəticəsində 10-a yaxın yulğun kolu yanıb, bir neçəsi isə ütülüb. Qeyd edək ki, Mingəçevir –Bəhramtəpə avtomobil yolunun Yevlaxdan keçən hissəsi boyunca yol kənarında bitən bitkinin Laksa növü Qırmızı kitaba düşüb və qorunur.Ərazidə baş verən yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Esmira Hidayətova,Yevlax

DİGƏR XƏBƏRLƏR

Top