İngiltərə Kraliçasının köməkçisində COVID-19 aşkarlandı


Britaniya Kraliçası ll Yelizavetanın xidmətçilərindən birinin COVID-19-a yoluxması kraliçanın da sağlamlığını şübhə altında qoyub.


Yeniavaz.com xəbər verir ki, koronavirusla bağlı testin pozitiv nəticə göstərməsindən sonra könüllü şəkildə özünü karantinə aldıran Krallıq xidmətçisi Kraliçanın itini gəzdirir, məktublarını çatdırır, yemək və içkiləri təqdim edirdi. Beləcə onun Kraliça ilə yaxın təmasda olması ll Yelizavetanın da həyatını təhlükə altına alıb.

Kral ailəsinə yaxın bir mənbədən "The Sun" qəzetinə daxil olan məlumatda, "Hamı hazırda sadəcə özləri üçün yox, həm kraliça, həm də Şəhzadə Filip üçün də qorxmaqdadır. Onların və ətrafındakılarının hər biri yoxlanmalıdır" cümlələri yer alıb.

Kraliçanın rəsmi iqamətgahı olan Bukinqem sarayının sözcüsü "The Sun" qəzetinə Kraliçanın sağlamlığının yerində olduğunu və tövsiyələrin hər birinə riayət edildiyini bildirib.

93 yaşlı Kraliça və əri 98 yaşlı Şəhzadə Filip uzun müddətdir ki, Vindsor qalasında iqamət edir.

Xatırladaq ki, vəliəhd şəhzadə Çarlzın ötən həftə koronavirusa yoluxması xəbəri yayılmışdı. O hazırda Şotlandiyanın Balmoral qalasında özünü karantinə alıb.

DİGƏR XƏBƏRLƏR

Top