Güclü kameralar vasitəsilə virusun insandan yayılma anının görüntüləri qeyd edilib - VİDEO


Cənubi Koreyada asqıran bir şəxsin virusları ətrafa necə yaydığına dair sənədli film çəkilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyada araşdırmaçılar bir xəstədən virusun ətrafa necə yayılmasını dəqiqləşdirməq üçün sınaq keçiriblər. Bunun üçün havada olduqca kiçik damcıları görə bilən güclü kameralardan istifadə edilib. Belə ki, sınaqda iştirak edən şəxs asqırarkən həmin kameralar vasitəsilə bir millimetrin 100-də biri qədər kiçik olan mikro damcıların havada uçduğu görülüb. Havada asılı qalıb daha sonra ətrafa yayılan bu damcılar vasitəsilə insanların viruslara yoluxduğu bildirilib. Sınaq daha sonra bir-birinə yaxın söhbət edən iki şəxs arasında aparılıb. Həssas kameralar vasitəsilə bəhs edilən mikro damcıların insanlar danışarkən də ortaya çıxdığı öyrənilib. Virusların yayılma şəklinin izah edildiyini həmin sınağın görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top