Deputatlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul veriblər? - RƏQƏM AÇIQLANDI

Milli Məclisin deputatlarının və əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna etdiyi ianənin məbləği açıqlanıb. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında məlumat verib. 

O bildirib ki, deputatlar və Milli Məclisin işçiləri Fonda 250 min manatdan çox vəsait ödəyiblər. 

Spiker əlavə edib ki, deputatların bəziləri aylıq maaşlarının hamısını, bəziləri isə bir qismini Fonda ianə ediblər. 

DİGƏR XƏBƏRLƏR

Top