Fransada erməni əsilli sabiq nazir koronovirusdan öldü - FOTO


Fransada erməni əsilli sabiq nazir və parlament üzvü olan Patrik Devecyan yoluxduğu COVID-19 koronovirus səbəbindən 75 yaşında ölüb.
Yeniavaz.com
xarici KİV-lərə istinadən bildirir ki, Patrik Devecyanın vəziyyəti şənbə günündən bazar gününə keçən gecə kəskin şəkildə pisləşib və o, komaya düşüb. Bir gün sonra isə ölüb.
Məlumat üçün bildirək ki, Patrik Devecyan erməni diasporunun ən tanınmış simalarından olub. Fransada qondarma “erməni soyqırını”nın tatınmasında Patrik Devecyanın xüsusi xidmətləri olub. Patrik Devecyan 2002-2004-cü illərdə Fransada Sənaye naziri vəzifəsini icra edib. Bundan başqa Patrik Devecyan 5 dəfə Fransa parlamentinin deputatı olub, 4 dəfə isə Entoni şəhərinin meri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top